Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Mayın 20-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "İşçilərlə münasibətdə idarəetmə bacarıqları" mövzusunda təlim keçirilib.
Təlimdə Saatlı və Sabirabad rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar iştirak edib.
Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən təlim zamanı iştirakçılara idarəetmə bacarıqlarının növləri, qərar qəbuletmə , planlaşdırmanın düzgün və effektiv təşkili, bacarıqların inkişaf etdirilməsi təcrübəsi haqqında geniş məlumat verilib. 5 iştirakçının olduğu təlim təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.
Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.