• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Aprelin 25-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Biznes mühitində kritik düşünmə vərdişləri " və "İş yerində Konfliktli sitiasiyaların idarə olunması" mövzusunda təlim keçirilib.

Təlimdə Dövlət Aqrar İnkişaf mərkəzinin Sabirabad nümayəndəliyində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və biznesə başlamaq istəyən gənclər iştirak edib.

Saatlı-Sabirabad KOBİM-in eksperti tərəfindən təlimdə yaradıcı düşüncə, ünsiyyət vərdişləri, konfliktlərin idarə olunmağı və rəqabət konsepti mövzuları haqqında geniş məlumat verildi və iş yerində münaqişə nədir, səbəbləri nələrdir, münaqişəyə yanaşma və Thomas Kilmanın münaqişəyə yanaşma konsepsiyası mövzuları haqqında iştirakçılarla geniş söhbət aparıldı.

Bununla ələqali məşqələlər keçirilərək, iştirakçıların mövzunu daha dərindən öyrənilməsinə imkan yaradıldı.
12 iştirakçının olduğu təlim pandemiya qaydalarına uyğun olaraq təşkil edilib.

Təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.