• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən "Öz biznesinə başla" mövzusunda təlim keçirilib

Aprelin 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Öz biznesinə başla" mövzusunda təlim keçirilib. Təlimdə Sabirabad rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar iştirak edib.

Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən təlim zamanı iştirakçılara sahibkarlıq anlayışı, SWOT analiz və ideyanın qiymətləndirilməsi istiqamətində ətraflı məlumatlar verilib, sahibkarlarla biznes plan, satışın proqnozlaşdırılması və biznes planda məhsulun təsviri və bazarın araşdırılması üsulları haqqında geniş məlumat verilib.
8 iştirakçının olduğu təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.