• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən "Müştərilərlə ünsiyyət bacarıqları" və "Emosional intellektin iş yerində tətbiqi” mövzusunda təlimlər keçirilib.

Təlimdə Sabirabad rayonunda fəaliyyət göstərən mikro,kiçik və orta sahibkarlar iştirak edib.
Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən təlimdə emosiyonal və intellektual zəka, özünü idarəetmə, empatiya bacarığı, sosiyal bacarıqlar, həmçinin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, idarəetmədə münaqişələrin həlli üsulları, korporativ mədəniyyət, yazılı və şifahi ünsiyyət bacarıqları haqqında geniş məlumat verilib.
5 iştirakçının olduğu təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.