• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən "Sosial mediada necə satış etmək olar" mövzusunda təlim keçirilib

Aprel 20-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Sosial mediada necə satış etmək olar" mövzusunda təlim keçirilib.


Təlimdə Sabirabad rayon Qaratəpə kənd Peşə təmayüllü məktəbində təhsil alanlar, yeni biznesə başlamaq istəyən gənclər və kiçik, mikro sahibkarlar iştirak edib.


Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən təlimdə sahibkarlar üçün sosial mediada effektiv satış, hədəf auditoriyasının müəyyən edilməsi, məzmun, şəkil və video, eləcədə sosial media marketinq (SMM) işinin təşkil edilməsi barədə məlumat verilib.
16 iştirakçının olduğu təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.


Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.