• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən təlimlər keçirilib
Aprel 18- də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "İş yerində liderlik bacarıqları" və "Sahibkarlıq fəaliyyətinin əsasları" mövzularında təlimlər keçirilib. Təlimlərdə Saatlı və Sabirabad rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar iştirak edib.

Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən təlimdə biznesdə liderlik və onun əhəmiyyətindən danışılıb. Eyni zamanda liderlik anlayışı, lider və menecer arasındakı fərq, liderlik modelləri və tipləri, konflikti idarəetmə bacarığı və emosiyonal intellekt barədə məlumat verilib. Təlimlərdə yeni biznesə başlayan sahibkarların qarşılaşdığı problemlər, ünsiyyət bacarığı, dövlət qurumları ilə əlaqələr və hədəfin düzgün müəyyən edilməsi prosedurları izah olunub.


9 iştirakçının olduğu təlimlərin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.


Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.