Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib
Aprel ayının 16-da Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Marketinq araşdırmalarının əsasları" mövzusunda təlim keçirilib.
Təlimdə Sabirabad rayonunda fəaliyyət göstərən Əmin mağazalar şəbəkəsinin kiçik və orta sahibkarlar iştirak edib. Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən təlim zamanı biznesdə marketinq araşdırmalarının əhəmiyyətindən danışıldı.
Məhsul, qiymət siyasətinin firmalaşması, satış kanalları, yerləşdirmə, SWOT Analiz, Müştəri loyallığı haqqında məlumatlar verildi.
Bununla ələqali məşqələlər keçirilərək, iştirakçıların mövzunu daha dərindən öyrənilməsinə imkan yaradıldı.
10 iştirakçının olduğu təlim pandemiya qaydalarına uyğun olaraq təşkil edilib. Təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir

Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.
Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.