Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib.
Aprel ayının 15-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "İşçi heyətinin idarəedilməsinin əsasları " mövzusunda təlim keçirilib. Təlimdə Sabirabad rayonunda yerləşən Əmin mağazalar şəbəkəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar iştirak edib.
Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən sahibkarlar üçün biznesdə işçi heyətinin idarəedilməsinin əhəmiyyətindən danışıldı.
Motivasiya, tapşırıqların verilməsi, biznes idarəçiliyi, ünsiyyət, korporativ mədəniyyət, biznes etika, emosiyonal intellekt mövzuları iştirakçılara öyrədildi.
Bununla ələqali məşqələlər keçirilərək, iştirakçıların mövzunu daha dərindən öyrənilməsinə imkan yaradıldı.
13 iştirakçının olduğu təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün ödənişsizdir.

Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.
Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.