Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Fevralın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Biznes mühitində kritik düşünmə vərdişləri" mövzusunda təlim keçirilib.
Təlimdə Saatlı-Sabirabad KOBİM-in eksperti tərəfindən iştirakçılara biznesdə kritik düşüncənin əhəmiyyəti, kritik düşüncə modelinə uyğun analiz etmə, əsaslandırma, qiymətləndirmə, qərar vermə və problemlərin həlli mərhələri haqqında məlumat verilib.
6 iştirakçının olduğu təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.
Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.