• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Fevralın 21-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "İşçilərlə münasibətdə idarəetmə bacarıqları" mövzusunda təlim keçirilib. Təlimdə Saatlı və Sabirabad rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar iştirak edib.

Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən təlim zamanı iştirakçılara idarəetmə bacarıqlarının növləri, bacarıqların idarə edilməsi, insanları anlamaq, inkişaf etdirmək və yerləşdirmək təcrübəsi haqqında geniş məlumat verilib.

5 iştirakçının olduğu təlim pandemiya qaydalarına uyğun olaraq təşkil edilib.

Təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.