Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib
Fevralın 18-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Antikorrupsiya və etik davranış qaydaları" mövzusunda təlim keçirilib.
Saatlı-Sabirabad KOBİM-in eksperti tərəfindən iştirakçılara etik davranış qaydaları, səmərəli xidmət mədəniyyətinin əsas şərtləri, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə texnikaları - şəffaflıq, ictimai nəzarət, hüquqi maarifləndirmə metodları barədə məlumatlar verilib.
5 iştirakçının olduğu təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.
Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.