Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib.
Fevralın 17-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Antikorrupsiya idarəetmə sistemi beynəlxalq standartının özəl sektorda tətbiqi" ilə bağlı təlim keçirilib. Təlimdə Saatlı və Sabirabad rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar iştirak edib.
Saatlı-Sabirabad KOBİM-in eksperti tərəfindən təlim zamanı korrupsiya anlayışı və formaları, mübarizə metodları və onun qarşısının alınması, korrupsiya hüquqpozmaları haqqında ətraflı məlumatlandırılıb.
7 iştirakçının olduğu təlim pandemiya qaydalarına uyğun olaraq təşkil edilib.
Təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.
Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.