• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Yanvarın 10-da Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən Sabirabad Peşə liseyinin tələbələri üçün "Müştərilərlə uzunmüddətli əlaqələrin qurulması" mövzusunda təlim keçirilib.

Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən müştərilərlə daha sıx əlaqələrin yaradılmasına imkan verən və uyğun olaraq da onları əlaqələr marketinqinin pilləkənində yuxarıya qaldıran bir sıra metodların mövcudluğu barədə geniş məlumat verib.

11 iştirakçının olduğu təlimdə mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.