Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil olunub

Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə başlamaq istəyən gənclər üçün "Biznes vərdişləri" mövzusunda təlim keçirilib.
Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən biznesdə uğur qazanmağın yolları, özünəinamın daha da möhkəmləndirilməsi istiqamətində məlumat verilib. Eyni zamanda sahibkarlıq vərdişlərinin formalaşdırılması, lazımi bacarıqların inkişafı üçün iqtisadi biliklərin artırılmasının vacibliyi, satış kanallarına çıxış və bazar araşdırmasından danışılıb. 10 iştirakçının olduğu təlimdə mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 21-də Saatlı-Sabirabad KOB İnkişaf ...
.
Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 20-də Saatlı-Sabirabad KOB İnkişaf ...
.