• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil olunub

Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə başlamaq istəyən gənclər üçün "İnsan resurslarının idarə edilməsi" mövzusunda təlim keçirilib.


Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən gənclərə insan resurslarının idarə edilməsinin əsas məqsədləri,funksiyaları və əməkdaşların daha səmərəli fəaliyəti, bilik və bacarıqlarının artırılması haqqında məlumatlar verilib.


17 iştirakçının olduğu təlimdə mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.


Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 21-də Saatlı-Sabirabad KOB İnkişaf ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 20-də Saatlı-Sabirabad KOB İnkişaf ...

.