Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Dekabrın 21-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə başlamaq istəyən gənclər üçün "Satış alətləri" mövzusunda təlim keçirilib.
Təlimdə Saatlı-Sabirabad KOBİM-in eksperti tərəfindən iştirakçılara satış anlayışı, müştəri məmnuniyyəti, satıcı ilə alıcı arasında düzgün ünsiyyət forması və satışdan sonrakı məqamlarla bağlı məlumat verilib. 14 iştirakçının olduğu təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.
Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.