• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil olunub

Dekabrın 21-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən Sabirabad Dövlət və Sosial və İqtsad Kollecinin tələbələri üçün "Marketinqdə müasir yanaşma" mövzusunda təlim keçirilib. Sahibkar düşüncə tərzinin təşviqi məqsədilə təşkil olunan təlimdə Saatlı-Sabirabad KOBİM-in eksperti tərəfindən marketinqdə müasir yanaşma, marketinqdə əsas addımlar və müştəri ilə ünsiyyət qurmağın yolları barədə məlumat verilib. Eyni zamanda hədəf müştəri bazasının toplanılması və sistemləşdirilməsi üsulları, eləcə də onlarla ilkin təmasın qurulması vasitələri barədə danışılıb. 35 iştirakçının olduğu təlimdə mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 21-də Saatlı-Sabirabad KOB İnkişaf ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 20-də Saatlı-Sabirabad KOB İnkişaf ...

.