Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Oktyabrın 26-da Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Müştəri bazası ilə əlaqələrin qurulması" mövzusunda təlim keçirilib.
Saatlı-Sabirabad KOBİM-in eksperti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan və biznesə başlamaq istəyən gənclər üçün hədəf müştəri bazasının toplanılması və sistemləşdirilməsi üsulları, eləcə də onlarla ilkin təmasın qurulması vasitələri barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla müştərilərin rəy və istəklərinin öyrənilməsi, təhlili, müştəri məmnunluğunun təmin edilməsi sahəsində məlumatlar və praktiki nümunələr paylaşılıb.
11 iştirakçının olduğu təlim pandemiya qaydalarına uyğun olaraq təşkil edilib.
Təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.
Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...
Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...
.