• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib


Oktyabrın 25-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən Sabirabad rayonunda biznesə başlamaq istəyən gənclər üçün "Satış fəlsəfəsi" mövzusunda təlim keçirilib.
Təlimdə Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən satışın biznes üçün əhəmiyyəti, müştəri məmnuniyyəti və müştərilərlə ünsiyyətin vacibliyi, eləcə də göstərilən xidmətin düzgün qurulması haqqında məlumatlar verilib.Pandemiya qaydalarına uyğun olaraq təlimdə 9 gənc iştirak edib.Sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.
Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 23-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim təşkil ...

Dekabrın 22-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən sahibkarlar və biznesə ...

.