• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən qadın sahibkarlar üçün təlim keçirilib

Sentyabrın 25-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən "Biznes ünsiyyət və danışıq aparma" mövzusunda qadın sahibkarlar üçün təlim keçirilib.

Təlimdə Saatlı-Sabirabad KOBİM-in eksperti tərəfindən biznes tərəfdaşları ilə ünsiyyəti düzgün qurmağın yolları və işgüzar əlaqələrin vacibliyi , rəhbər və işçi vəzifəsi üzrə münasibətlərin idarəedilməsi, həmçinin müştəri ilə danışıq qurmaq bacarığı haqqında məlumatlar verilib.

Pandemiya qaydalarına uyğun olaraq təlimdə 12 qadın sahibkar iştirak edib.

Təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 51) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad şəhəri Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 21-də Saatlı-Sabirabad KOB İnkişaf ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 20-də Saatlı-Sabirabad KOB İnkişaf ...

.