• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən Qadın Sahibkarlar Üçün Təlimlər Keçirilib

Avqustun 13-də Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Sabirabad rayonda fəaliyyət göstərən qadın sahibkarları üçün "Ünsiyyət Bacarıqları" və "Təqdimat Bacarıqları" mövzularında təlimlər keçirilib. 

Saatlı-Sabirabad KOBİM-in peşəkar eksperti tərəfindən biznes ünsiyyət üsulları, müştərilərlə davranış, təkliflərin formalaşdırılması və təqdimatı yolları barədə ətraflı məlumat verilib. Qadın sahibkarların rəy və təklifləri əsasında təşkil olunan təlimlərdə 8 KOB subyekti iştirak edib.

Təlimlərin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. 

Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi xidmətlərindən faydalanmaq üçün (+994 50) 242 70 86 nömrəsi ilə əlaqə saxlaya və ya Sabirabad rayonu Heydər Əliyev prospekti 95 ünvanında yerləşən Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzinin ofisinə müraciət edə bilərsiniz.  

Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 21-də Saatlı-Sabirabad KOB İnkişaf ...

.

Xəbərlər

Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib

Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 20-də Saatlı-Sabirabad KOB İnkişaf ...

.