Xəbərlər
Baytarlıq məntəqələri əməkdaşları üçün "Biznesin Təşkili" mövzusunda təlimlər keçirilib

İyulun 12-dən 17- dək Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Şirvan, Sabirabad, Haçiqabul və digər rayonlarında fəaliyyət göstərən baytarlıq məntəqələrinin əməkdaşları üçün “Sahibkarlıq fəaliyyətinin qurulmasının əsasları” mövzusunda təlimlər keçirilib.
Təlimlərdə Saatlı-Sabirabad KOBİM-in ekspertləri tərəfindən baytarlıq məntəqələrinin əməkdaşlarının sahibkar kimi fəaliyyət göstərməsi üçün özəlləşdirilmə ilə bağlı proseduralar qaydalar haqqında ətraflı məlumat verilib. Həmçinin təlim iştirakçıllarına Asan İmzanın alınması və istifadə qaydaları, DSMF və VÖEN anlayışları, hesabatların hazırlanması və təqdim edilməsi mexanizmi izah olunub.
Pandemiya qaydalarına uyğun olaraq qruplar şəklində təşkil olunan təlimlərdə baytar məntəqələrinin ümumilikdə 112 əməkdaşı iştirak edib.
Təlimlərdə mözvu ilə bağlı müzakirələr aparılıb və ekspert tərəfindən iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Saatlı-Sabirabad KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 21-də Saatlı-Sabirabad KOB İnkişaf ...
.
Xəbərlər
Saatlı-Sabirabad KOBİM tərəfindən təlim keçirilib
Saatlı-Sabirabad KOBİM tərəfindən növbəti təlim keçirilib Mayın 20-də Saatlı-Sabirabad KOB İnkişaf ...
.