Ekspert
AD Soyad

Xalid Kərimli 1999-2005-ci illər ərzində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə UNEC-də Bakalavr və Magistr dərəcələri almışdır. 2011-ci ildən etibarən isə İqtisadiyyat üzrə fəlsəfə doktoru olaraq təhsilini davam etdirir.
2006-cı ildən etibarən bir sıra təşkilatlarda mühasibat departamentlərində rəhbər şəxs kimi iş fəaliyyətini davam etdirən Xalid Kərimlinin, eyni zamanda 14 illik təlimçi fəaliyyəti də mövcuddur. 2017-ci ildən indiyə qədər isə, Embawood MMC Qrup şirkətlərində Baş müdirin maliyyə məsələləri üzrə müavini kimi çalışmaqdadır.
Beynəlxalq, yerli jurnal və kitablarda 15-dən çox məqalə və tezis çıxarmış X. Kərimli, bir kitabın Azərbaycan dilinə tərcüməsini də etmişdir.
Xalid Kərimli təhsil və əmək fəaliyyəti müddətində bir sıra nəaliyyətlər əldə etmişdir:
• 2001-ci ilin dekabr ayında BP-Amoko şirkətləri tərəfindən təşkil olunan respublika elmi konfransında 3-cü yer; Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin keçirdiyi konfransda 1-ci yer; UNEC TEC-in təşkil etdiyi konfransda 3–cü yer (“Keçid iqtisadiyyatı dövründə iqtisadi idarəetmə və informasiya təhlükəsizliyi problemləri”);
• 2002-ci ilin mart ayında UNEC TEC-in təşkil etdiyi konfransda 1–ci yer (“Keçid iqtisadiyyatı və onun müasir problemləri”);
• 2003-cü ilin may ayında UNEC TEC-in təşkil etdiyi konfransda 1–ci yer (“Azərbaycanın davamlı iqtisadi inkişafı”);
• 2003-ci noyabr ayında, UNEC və MDB Qiymətləndirmə Komtəsinin keçirdiyi beynəlxalq konfransda 1-ci yer;
• 2004-cü il aprel ayında, magistrlar arasında keçirilən konfransda 1-ci yer (“Neft fondu: yoxsulluğun azaldılması problemləri”);
• 2009-cu il may ayında, elmi tədqiqatçılar arasında keçirilən məqalə müsabiqəsində 1-ci Yer;
2014-cü il ACCA sertifikatı (Member ID-1649160) əldə etmiş Xalid Kərimli onlarla yerli, beynəlxalq təlimlərdə və seminarlarda iştirak etmişdir.


Ekspert
AD Soyad
Bakı Dövlət Universitetində Hüquq və Dövlət hüququ ixtisasları üzrə bakalavr və ...

Ekspert
AD Soyad
1992-ci ildə Azərbaycan Dövlət Universitetindən fərqlənmə diplomu ilə məzun olmuş İlkin ...

Ekspert
AD Soyad
Elxan Məmmədov Moskva Dağ Mədən, Moskva Ümumittifaq Qiyabi Yeyinti Sənayesinin İnstitutlarında ...

Ekspert
AD Soyad
Rauf Ağayev 1985-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili ...


