• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xidmətlərimiz

Xidmətlərimiz

Təlim

Öz biznesini başla

Öz biznesini başla

Biznes planların hazırlanması üzrə startaplar və yeni biznesə başlamaq istəyən bütün insanlar üçün interaktiv təlim.

Təlim xidmətini sifariş etmək üçün SİFARİŞ FORMASINI  doldurun və baki@kobim.az ünvanına göndərin.

Yanaşma

Üç moduldan ibarət təlim Beynəlxalq Əmək Təşkilatının işgüzar oyunun tərkib hissələri olan məşğələlər formasında, praktiki misallar üzərindən, fərdi və qrup işi, diskussiyalar mühitində aparılır. Təlimin keyfiyyətini qiymətləndirmək üçün  sonda anonim sorğu keçirilir.

Öyrənmə hədəfləri

  • Müəssisənin biznes planını hazırlamağa və özəl müəssisəni açıb açmamağa dair qərar verməyi
  • Biznes planı ən yaxşı şəkildə təqdim etməyə və özəl biznesə başlamaq üçün fəaliyyətlər planı hazırlamağı 
  • Biznes planı doldurarkən ideyanı qiymətləndirməyi
  • Biznes planını tamamlayana yaxın ideyanın başlanğıcda düşünülən qədər möhkəm və sərfəli olub olmadığını dəyərləndirməyi
  • Gözlənilən nəticəyə aparıb çıxaracaq “şəxsi bələdçini” hazırlamağı
  • Sahibkar olmağa qərar verməyi
  • Sahibkar kimi öz keyfiyyətlərinizi qiymətləndirməyi