• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sabirabad, Azərbaycan

Xidmətlərimiz

Xidmətlərimiz

Təlim

Mikro Sahibkarlıq Simulyasiyası

Mikro Sahibkarlıq Simulyasiyası

Startaplar və kiçik müəssisələrin uğur və davamlılığının necə artırılacağını praktikada öyrənmək istəyən mikro sahibkarlar və bütün insanlar üçün yüksək səviyyədə interaktiv təlimdir.

Təlim xidmətini sifariş etmək üçün SİFARİŞ FORMASINI  doldurun və baki@kobim.az ünvanına göndərin.

Yanaşma

Masasüstü Mikro Sahibkarlıq Simulyasiyanı (MSS) oynayarkən iştirakçılar sahibkar olaraq kiçik bir meyvə şirəsi mağazasını idarə edirlər. Təlimin gedişində onlar komandalar təşkil edir və inkişaf imkanları, işəgötürənlərin problemləri, təhlükələr, eləcə də biznesin yaxşılaşdırılması imkanları ilə qarşılaşırlar. Sözün hərfi mənasında oyunun dörd dövrü ərzində “pulları” əlləri ilə alıb-verən iştirakçılar, maliyyə biliklərini artırmaq, biznesi səmərəli idarə etmək, bazarı genişləndirmək üçün lazımi sərmayə qoymaq və kredit götürmək kimi müxtəlif mövzulara bilik və bacarıqlar əldə edirlər.

Öyrənmə hədəfləri

  • Mikro biznesə təsir edən bütün amilləri haqqında əsas iqtisadi biliklər əldə etmək.
  • Sahibkar düşüncə tərzini və fəaliyyətin mənasını anlamaq.
  • Mikro və kiçik müəssisələrin inkişaf etdirilməsi yollarını və bu inkişaf yolunda çətinlikləri və imkanları müəyyən etməyin metodlarını öyrənmək.
  • Əsas mühasibat uçotu və nəzarət prinsiplərini anlamaq və sadə maliyyə alətlərini tətbiq etmək.
  • Daha dərin müştəri anlayışı və əsas marketinq biliklərini inkişaf etmək.
  • Bazar dinamikasını və rəqabəti anlamaq.
  • Kredit təşkilatları ilə müştərilər arasındakı münasibətləri anlamaq və əməliyyatlardan istifadə etmək.