Xidmətlərimiz
Xidmətlərimiz
Təlim
Korporativ idarəetmə və menecment
Korporativ idarəetmə və menecment
KOB-ların korporativ katibləri, hüquqşünasları, auditorları və idarəetmədə iştirak edən digər əməkdaşları üçün interaktiv təlim.
Təlim xidmətini sifariş etmək üçün SİFARİŞ FORMASINI doldurun və baki@kobim.az ünvanına göndərin.
Yanaşma
Üç moduldan ibarət təlim 12 saat ərzində məşğələlər formasında, praktiki misallar üzərindən, fərdi və qrup işi, diskussiyalar mühitində aparılır. Təlimin keyfiyyətini qiymətləndirmək üçün ilkin (diaqnostik) və son (nəticə) testi və sonda isə təlimin anonim qiymətləndirilməsi (sorğu) keçirilir.
Öyrənmə hədəfləri
- Korporativ idarəetmənin mahiyyətini və biznesində maraqlı olan tərəflərin maraqları
- Rəqabətli bazar şəraitində korporativ idarəetmə sistemlərinin yaradılması zəruriliyi
- Korporativ idarəetmə modelləri (Anglo-Sakson və Klassik modelləri)
- Korporativ idarəetmə üzrə müxtəlif təcrübələri (ABŞ, Yaponiya, Almaniya və Azərbaycan)
- Korporativ idarəetmə üzrə İƏİT-nin prinsiplərinin mahiyyətini, səhmdarların və icra orqanlarının səlahiyyətləri
- Azərbaycan korporativ idarəetmə standartlarının tövsiyələri
- İdarəetmə orqanlarının səlahiyyət və vəzifələri
- Korporativ idarəetmə sistemlərinin qiymətləndirilməsi metodologiyası