Xidmətlərimiz
Xidmətlərimiz
Təlim
İnsan Resurslarının idarə edilməsinin praktiki aspektləri
İnsan Resurslarının idarə edilməsinin praktiki aspektləri
KOB-ların İnsan resurslarının idarə edilməsi ilə məşğul olan menecerləri və əməkdaşları üçün interaktiv təlim.
Təlim xidmətini sifariş etmək üçün SİFARİŞ FORMASINI doldurun və baki@kobim.az ünvanına göndərin.
Yanaşma
Beş moduldan ibarət təlim 20 saat ərzində məşğələlər formasında, praktiki misallar üzərindən, fərdi və qrup işi, diskussiyalar mühitində aparılır. Təlimin keyfiyyətini qiymətləndirmək üçün ilkin (diaqnostik) və son (nəticə) testi və sonda isə təlimin anonim qiymətləndirilməsi (sorğu) keçirilir.
Öyrənmə hədəfləri
- İR idarə edilməsi sahəsində dünyada gedən meylləri,
- Kadrların idarə edilməsi ilə insan resurslarının idarə edilməsi arasındakı fərqi,
- Təşkilatın strateji planı ilə insan resursları planı arasında əlaqə
- İnsan resursları üzrə uzun, orta və qısamüddətli planların hazırlanması
- İşəqəbul prosesi
- İşçi inkişafını dəstəkləyən proseslər
- Adaptasiya planlarının hazırlanması və tətbiqi
- Vəzifə tələblərinin müəyyən olunması
- Vəzifə kateqoriyaları və baza əmək haqqı
- İşçinin hədəflərinin müəyyən olunması, qiymətləndirilməsi və motivasiyası
- Kadr ehtiyatı, karyera planları və işçinin inkişafı