Xidmətlərimiz
Xidmətlərimiz
Təlim
DİSC üslubunda idarəetmə
DİSC üslubunda idarəetmə
KOB-ların rəhbərləri və insan resursları işçiləri üçün interaktiv təlim.
Təlim xidmətini sifariş etmək üçün SİFARİŞ FORMASINI doldurun və baki@kobim.az ünvanına göndərin.
Yanaşma
Dörd moduldan ibarət təlim Thomas International şirkətinin DISC metodologiyası üzrə beynəlxalq psixometrik qiymətləndirmə təcrübəsinin əsasında praktiki misallar üzərindən interaktiv formada keçirilir. Təlimin gedişatında dinləyicilərə işçiləri səmərəli idarə etmək üçün alətlər verilir, sonda isə təlimin anonim qiymətləndirilməsi (sorğu) keçirilir.
Öyrənmə hədəfləri
- DISC tipologiyasının baza xarakteristikaları və nəzərə çarpan davranış xüsusiyyətləri əsasında şəxsiyyət profilinin müəyyənləşdirilməsi
- Danışıqlar prosesində davranış modifikasiyası bacarıqları və digər şəxslərin şəxsiyyətini və motivasiyasını dərindən anlamağa əsaslanan tabeliyində olanlarla iş
- Güclü tərəflərin inkişaf yolları, məhdudiyyətləri tanımaq və onları kompensasiya etməyin yollarını tapmaq
- İnsan resurslarının idarə edilməsində istifadə olunan DISC alətləri