Sabirabad Kobim
Haqqımızdaaaaa
2021-ci ilin iyun ayında təşkil olunmuş Saatlı-Sabirabad Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi (KOBİM), sözügedən regionlarda Micro, Kiçik və Orta sahibkarlara hərtərəfli dəstəyin göstərilməsi məqsədi ilə yaradılmışdır.
Bir çox regionlarda və o cümlədən paytaxt Bakıda fəaliyyət göstərən çoxsaylı KOBİM-lər artıq bir müddətdir ki özlərini səmərəli və sahibkarlara artıq dərəcədə faydalı bir dövlət dəstəyi modeli kimi təsdiq etmişlər.
KOBİM-lərin fəaliyyəti və onlara göstərilən dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən, partnyor şirkətlər vasitəsilə həyata keçirilir.
Mərkəzlərin əsas fəaliyyət və dəstək formatları peşəkar təlimlər, sahibkarlara məsləhət (konsaltinq) xidmətləri, şəbəkələşmə, digər sözlə iş adamları arasında təmas qurulmasına köməklik göstərmək xidmətlərindən ibarətdir.
Mərkəzimiz ilk öncə sahibkarların siyahısını toplayaraq kiçik və orta biznesin tələb və ehtiyaclarını öyrənir və daha sonra sözügedən tələbləri təmin etmək üçün müvafiq fəaliyyət planı üzrə hərəkət edir.
Beləliklə, fəaliyyətimizin planlaşdırılması sahibkarlarla sıx təmasda həyata keçirilir və nəticə olaraq biznesin praktiki ehtiyaclarını təmin edir.
Sabirabad-Saatlı regionu ölkə iqtisadiyyatında, ilk öncə aqrar sektorda xüsusi rol oynayır. Bu rolun daha peşəkar, sistemləşdirilmiş, rəqabətlilik baxımından daha səmərəli təşkili təmin etmək üçün Saatlı-Sabirabad KOBİM Sizə hər zaman dəstək olmağa hazırdır.
Bizim qapılar sahibkarlar üçün hər zaman açıqdır və dəstəyimizdən faydalanmaq üçün sadəcə ehtiyaclarınızı bildirməyiniz kifayətdir.
Hər zaman yolunuzu və ya müraciətinizi gözləyirik!
Məqsədimiz
Saatlı-Sabirabad KOBİM-in məqsədi, regionlarda fəaliyyət göstərən sahibkarlara və biznes təşkil etmək arzusunda olan vətəndaşlara təşəbbüslərinin qiymətləndirilməsi və gerçəkləşməsinin planlaşdırılması, mövcud bizneslərinin inkişafını, mal və xidmətlərinin bazarının genişlənməsi və ixracın təmin olunması, maliyyə əldə edilməsi, praktiki idarəcilik dəstəyinin təmin olunması üçün müvafiq təlimlərin, məsləhətlərin və əməkdaşlıq modellərinin yaradılması xidmətlərinin göstərilməsini əhatə edir.
Missiyamız
KOBİM-in missiyası sahibkarlara dəstək olaraq kiçik və orta biznesin regional kontekstdə inkişafına nail olmaq, məhsul və xidmətlərin keyfiyyət səviyyəsini artırmaq, yeni iş yerlərinin təşkil olunmasına kömək göstərmək və Saatlı-Sabirabad regionunun ölkə iqtisadiyyatında rolunun artırılmasına dəstək olmaqdır.
Fəaliyyətimiz
Fəaliyyət İstiqamətləri
Saatlı-Sabirabad KOB İnkişaf Mərkəzi Sabirabad şəhərində, Heydər Əliyev pr.95 ünvanda Gənclər Mərkəzinin binasının birinci mərtəbəsində yerləşir və cari sahibkarlıq fəaliyyəti həyata keçirən və ya biznes təşkil etmək arzusunda olan hüquqi və fiziki şəxslərə təlim, məsləhət, şəbəkələşmə və digər xidmətləri təklif edir.
Təqdim etdiyimiz xidmətlərin çeşidi çoxşahəlidir, ən qabaqcıl təcrübəyə arxalanan kiçik və orta biznes ehtiyaclarını ödəyən praktiki mövzular üzrə təşkil olunur və aşağıdakı tematik mövzuları əhatə edir:
- İdarəetmə və praktiki bacarıqlar
- Biznesin planlaşdırılması
- Marketinq və satışın təşkili
- Maliyyə mənbələrinə çıxış dəstəyi
- Maliyyə maarifləndirilməsi
- Maliyyə vəsaitlərinin idarəolunması
- İxraca dəstək
- Dövlət xidmətləri və dəstək proqramları barədə məlumatlandırma
- Biznes hüququ
- Biznes strukturları arasında şəbəkələşmə (iş adamları arasında məlumatlandırma və əməkdaşlıq münasibətlərinin yaradılması)
- Digər xidmətlər (sahibkarların ehtiyaclarına uyğun)
Bütün KOB İnkişaf Mərkəzlərində göstərilən xidmətlər sahibkarlara təmənnasız təqdim olunur və bütün xərclər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ödənilir.
MÜRACİӘT FORMASI